İran və İsrailin möhkəm dost olduqları vaxtlar vardı

İran diplomatı Reza Saffiniya 1950-ci ildə Təl-Əviv yaxınlığında İsrailin birinci prezidenti Haim Veytsmanın iqamətgahına daxil olarkən İsrail əsgərlərini salamlayır.

1950-ci ildə İran yəhudi dövlətini qeyri-rəsmi tanıdı və ərəb qonşuları ilə əlaqəsini kəsdi.

İsrailin birinci baş naziri David Ben-Qurion (solda) İran diplomatı Reza Saffiniyanı (zolaqlı kostyumda) qarşılayır. Yerusəlimdəki İran nümayəndə heyəti məclis təşkil edib. 1950-ci il.

İki ölkənin münasibətləri o qədər istiləşdi ki, Tehranla Təl-Əviv arasında gündəlik uçuşlar reallaşdı. İran və İsrail hətta gizlicə raket sistemi üzərində birlikdə işlədilər.

1965-ci il. İsrail aerodromundan İrana uçacaq yük təyyarəsinə sağmal inəkləri mindirirlər.

İsrail İranın neftindən faydalanırdı, Tehran isə İsraildən kənd-təsərrüfatı və hərbi texnologiya üzrə təcrübəni mənimsəyirdi.

1971-ci il. Yaxın Şərq və Afrikadan gələnlər Təl-Əvivdən şimalda yerləşən Beyt-Berldə təhsil ocağında fermerlik üzrə mühazirə dinləyirlər.

1950-ci illərdə İranda bir məkanda yəhudi toyu. Mərasimi ölkənin baş ravvini Şlomo Koen Tsedek aparır.

1965-ci ilin avqustu. İsrail və İrandan güləşçilər Təl-Əvivdə yeddinci Makkabi Oyunlarında. Oyunlar dörd ildən bir, bütün dünyadan yəhudi atletlər üçün keçirilir.

Yəhudilər İranda min illər boyunca yaşayıblar. 1970-ci illərdə İranda 100 minədək yəhudi yaşayıb. 2012-ci ildə onların sayı cəmi 8 min 756 olub.

1968-ci il. İsrailli fotoqraf Benno Rotenberq Fars İmperiyasının qədim paytaxtı Persepolisin dağıntılarına yaxınlaşan həmkarını çəkib.

1975-ci il. İranın yanacaq tankeri İsraildə limana yan alır.

1967-ci ildə Altıgünlük müharibədən sonra İsrailə və müttəfiqlərinə qarşı ərəblərin ədavəti beynəlxalq neft böhranına səbəb oldu. O zaman İran nefti İsrail üçün həyati əhəmiyyətli idi.

İsrailli səyahətçi (solda) İranın qərbindəki Şətt-əl-Ərəb çayı yaxınlığında fəhlələrlə bir süfrədə içki içir.

1979-cu il inqilabından öncə İranda yaşayan israillilər şahın öz xalqına qarşı repressiyaları ilə maraqlanmadıqlarını deyirlər. "Onlar şikayət etmirdilər, biz də müdaxilə", – bir israilli bir filmdə danışırdı.

1968-ci ildə israilli fotoqraf Benno Rotenberq İranın Gilan vilayətində işləyən arxeoloqları çəkib.

Yerusəlimdə İran kitablarının sərgisi, 1963-cü il.

İranın şahmat komandası (solda) 1976-cı ildə İsrailin Hayfa şəhərində keçirilən Dünya Şahmat Olimpiadasında amerikalı həmkarları ilə qarşı-qarşıya.

İranda monarxiya 1979-cu ildə inqilabla devrildi. Ovaxtadək Tehranla Təl-Əviv arasında turizm, ticarət əlaqələri vardı, indiki kimi bir-birinə raket, dron atmırdılar.